FAQ – Tez-tez verilən suallar

Ən çox verilən suallar və cavablarını buradan oxuya bilərsiniz. Əlavə sualınız yarandığı təqdirdə bizə çatda yaza bilərsiniz.

Question Çatdırılma üçün xüsusi bir gün və saat təyin edə bilərəm?
AnswerÇatdırılma üçün özəl bir günün və saatın seçilməsi mümkündür. Bunun üçün məhsul sifarişini etdikdə, çatdırılma formasını seçmək, günü və saatı təyin etmək kifayətdir.
Question Sifariş verildikdən sonra, çatdırılma hansı müddətdə olur?
AnswerSifariş verildikdən sonra çatdırılma, Bakı şəhərinin əhatə dairəsindən asılı olaraq 1-2 saat müddətinə həyata keçirilir. 23:30 -dan sonra olan sifarişlər növbəri gün ilk iş saatlarında çatdırılır.
Question Hədiyyə kartlarını harada istifadə edə bilərəm?
AnswerHədiyyə kartlarını əldə edərək, özünüz istifadə edə yaxud başqa birinə hədiyyə edə bilərsiniz. Sonradan e-mağazamızdan alış həyata keçirərkən ödəniş vasitəsi kimi hədiyyə kartından istifadə edə bilərsiniz. Bu zaman ödəniş hədiyyə kartının balansından çıxılacaq.

Qeyd: Hal-hazırda satışını həyata keçirdiyimiz hədiyyə kartları yalnız bloom.az e-mağazada keçərlidir.

Question Hədiyyə kartlarını necə əldə edə bilərəm?
AnswerHədiyyə kartlarını e-mağazada məhsullar bölməsindən əldə edə bilərsiniz. Hədiyyə kartları da, digər məhsullar kimi birbaşa ünvanınıza çatdırılır.
Question Çatdırılma haqqı necə hesablanır?
AnswerSifariş olunan məhsulların çatdırılma haqqı Bakı şəhərinin müxtəlif ərazi və zonalarına görə hesablanır.
Question İş günləri və saatları?
Answerİstisnasız olaraq həftə içi hər gün:

Müştəri xidmətləri: 10:00 – 18:00
Onlayn müştəri xidmətləri: 08:00 – 00:00
Çatdırılma xidməti: 08:00 – 00:00